Logistika və nəqliyyat · Glorri
Virtual məhsullar üzrə mütəxəssis
- Məşğulluq:
- Tam ştat
Elan tarixi: 29.10.2026 · Son tarix: 28.11.2026
Mənbədə son yoxlanış: 06.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Sorğular əsasında təchizatçılarda virtual kateqoriyaya aid məhsulların mövcudluğunun müəyyən edilməsi və satışa cavabdeh olan instansiyalara geri bildirim verilməsi; - Məhsul sifarişi prosesinin, onun anbardan çatdırılmasının və sorğulara uyğun olaraq müştərilərə göndərilməsinin təşkil edilməsi; - Ödəniş planının hazırlanması və maliyyə şöbəsinə hesabatların təqdim edilməsi; - Geri qaytarılmış və ya texniki nasaz olan məhsulların təchizatçıya sənədlə geri qaytarılmasının təmin edilməsi; maliyyə əməliyyatlarının izlənməsi; - Saytdan hər gün "mövcud deyil" statusunda olan məhsulların silinməsi; - Həftə ərzində təchizatçılarda mövcudluğu olmayan məhsulların statusunun yenilənməsi (mövcuddursa, sayta əlavə edilməsi); - Təchizatçı nümayəndələri ilə sıx əlaqələrin qurulması və ERP sistemi ilə saytda aparılan dəyişiklik və yeniliklərin tətbiqinin müzakirə edilməsi; - Təchizatçılardan gündəlik və həftəlik ehtiyat hesabatlarının qəbul edilməsi, məlumatların ERP sisteminə və sayta inteqrasiyasının dəstəklənməsi; - Qurumlararası müzakirələr əsasında qaydaların, sxemlərin, şablonların hazırlanmasında və hesabatların tərtibində iştirak edilməsi; - Təchizatçıların iş keyfiyyəti və ümumi konversiya haqqında gündəlik və aylıq hesabatların hazırlanması (CRM məlumatları əsasında); - Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. - Ali təhsil; - Səlis azərbaycan və rus dili biliyi; - Satış sahəsində minimum 2 il iş təcrübəsi; - Məhsullar üzrə biliklər; - Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Outlook); - Analitik düşünmə qabiliyyəti; - Nəticə yönümlülük; - Məsuliyyətlilik və inkişafa meyillilik; - Komanda ilə işləmə bacarığı. Biz nə təklif edirik? - Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; - Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; - Müasir və rahat ofis şəraiti; - Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; - Yeni bilik və bacarıqların inkişaf etdirilməsi imkanı. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq