Bütün vakansiyalar

Digər · Glorri

Data Arxitektor

İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiBakı, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 29.10.2026 · Son tarix: 28.11.2026

Mənbədə son yoxlanış: 06.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Rəqəmsal Hökumət Arxitekturasının formalaşdırılması çərçivəsində məlumat arxitekturasının (Data Architecture) hazırlanması və inkişaf etdirilməsi; - Dövlət informasiya sistemləri və rəqəmsal platformalar üzrə mövcud (AS-IS) və hədəf (TO-BE) məlumat arxitekturasının təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi; - Dövlət informasiya sistemləri arasında məlumatların idarə olunmasına, saxlanılmasına, paylaşılmasına və istifadəsinə dair vahid memarlıq prinsiplərinin, standartların və metodoloji yanaşmaların hazırlanması; - Məlumat arxitekturası üzrə konsepsiyanın, inkişaf strategiyasının və mərhələli tətbiq planının hazırlanması və aktuallaşdırılması; - Məlumat arxitekturasının Korporativ Arxitektura (Enterprise Architecture) çərçivəsinə uyğunlaşdırılması və digər memarlıq domenləri ilə əlaqələndirilməsi; - Rəqəmsal Hökumət Arxitekturası çərçivəsində məlumat arxitekturasının konseptual və məntiqi səviyyədə modelləşdirilməsi, informasiya sistemləri arasında məlumat asılılıqlarının və məlumat axınlarının arxitektura baxımından təhlili və hədəf arxitektura həllərinin formalaşdırılması; - Dövlət informasiya sistemləri arasında məlumatların təkrarlanması, uyğunsuzluğu, parçalanması və izolyasiyası ilə bağlı problemlərin müəyyənləşdirilməsi və optimallaşdırma təkliflərinin hazırlanması. - Standartların müəyyən edilməsi: Dövlət qurumları üzrə məlumatların idarə edilməsi (Data Governance), məlumat keyfiyyəti, metadataların idarə edilməsi və normativ tələblərə uyğunluq sahələrində standartların, siyasətlərin və qaydaların müəyyən edilməsi və onlara riayət olunmasının təmin edilməsi. - Dövlət informasiya sistemləri arasında məlumat mübadiləsinin və inteqrasiya mexanizmlərinin memarlıq baxımından qiymətləndirilməsi; - API, ETL/ELT, CDC, event-driven architecture və digər məlumat inteqrasiyası yanaşmalarının tətbiqi üzrə memarlıq tələblərinin müəyyənləşdirilməsi; - Məlumat anbarları (Data Warehouse), Data Lake, Data Lakehouse, məlumat kataloqları, məlumat reyestrləri və Data Product yanaşmaları üzrə həllərin qiymətləndirilməsi; - Rəqəmsal Hökumət Arxitekturasının əsas komponentləri, o cümlədən məlumat mübadiləsi platformaları və dövlət reyestrləri arasında məlumatların əlaqələndirilməsi üzrə memarlıq təkliflərinin hazırlanması; - Məlumat təhlükəsizliyi, fərdi məlumatların qorunması, giriş hüquqlarının idarə olunması və audit tələblərinin məlumat arxitekturasına inteqrasiyası. - Dövlət qurumlarının Rəqəmsallaşma üzrə Diaqnostikası (DMA) və informasiya sistemlərinin qiymətləndirilməsi (İSQ) proseslərində məlumat arxitekturası üzrə ekspert kimi iştirak; - Yeni informasiya sistemlərinin yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə memarlıq həllərinin qiymətləndirilməsi; - Qiymətləndirmə nəticələri əsasında memarlıq rəylərinin, tövsiyələrin və təkmilləşdirmə tədbirlərinin hazırlanması; - Dövlət qurumlarının rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanmasında və həyata keçirilməsinin monitorinqində iştirak; - Dövlət qurumlarına məlumat arxitekturası və məlumatların idarə edilməsi məsələləri üzrə metodoloji və əməli dəstəyin göstərilməsi; - Dövlət qurumları, texniki komandalar, biznes nümayəndələri və digər maraqlı tərəflərlə koordinasiyanın təmin edilməsi; - Müvafiq beynəlxalq təcrübələrin, standartların və texnoloji tendensiyaların araşdırılması; - Görülmüş işlər üzrə hesabatların, təqdimatların və analitik materialların hazırlanması; - Müvafiq işçi qruplarında, görüşlərdə və texniki müzakirələrdə iştirak. - İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil; - Məlumat arxitekturası və əlaqəli sahələr üzrə minimum 5 il iş təcrübəsi; - AS-IS və TO-BE məlumat arxitekturalarının hazırlanması, məlumat modelləşdirilməsi və sistemlərarası inteqrasiya üzrə təcrübə; - TOGAF, DAMA-DMBOK, Enterprise Architecture və Data Governance prinsipləri üzrə biliklər; - Məlumat modelləşdirilməsi, verilənlər bazaları və məlumat platformalarının arxitekturası üzrə təcrübə; - Məlumat inteqrasiyası, təhlükəsizliyi və interoperabellik prinsipləri üzrə biliklər; - Arxitektura həllərinin təhlili, modelləşdirilməsi, sənədləşdirilməsi və qiymətləndirilməsi bacarığı; - Dövlət informasiya sistemləri, rəqəmsal transformasiya və Enterprise Architecture layihələrində təcrübə; - Legacy sistemlərin modernləşdirilməsi və müasir məlumat platformaları üzrə biliklər; - DAMA CDMP, TOGAF və ya müvafiq texnoloji sertifikatların olması. - Azərbaycan dili – əla, ingilis dili – peşəkar səviyyədə, rus dili – arzuolunandır; - Analitik düşüncə, sistemli yanaşma, sənədləşdirmə və effektiv kommunikasiya bacarıqları.