Bütün vakansiyalar

Logistika və nəqliyyat · Glorri

İnfrastruktur layihələri üzrə qrup rəhbəri

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi5 Haji Mammadov, Bakı, Azərbaycan
Məşğulluq:
Tam ştat
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 29.10.2026 · Son tarix: 28.11.2026

Mənbədə son yoxlanış: 06.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Avtomobil nəqliyyatı infrastrukturu obyektlərinin (dayanacaqlar, taksi duracaqları, terminallar, Nəqliyyat Mübadilə Mərkəzləri və s.) yerlərinin təhlil olunması və layihələndirilməsi; - Yol hərəkətinin təşkili üzrə daxil olan layihələrə, habelə avtomobil yollarının, keçidlərin, avtovağzalların yenidən qurulması layihələrinə rəylərin verilməsi; - Dayanacaq pavilyonlarının standartlara uyğun yerlərinin müəyyənləşdirilməsi və quraşdırılması üçün təkliflərin/sifarişlərin hazırlanması; - Mövcud və planlaşdırılan marşrut xətləri üzərində avtobus dayanacaq məntəqələrinin yerlərinin təhlil edilməsi, müvafiq rəylərin alınaraq aidiyyəti üzrə təşkil olunması; - Taksi dayanacaqları və dayanma yerlərinin təşkili üzrə araşdırmaların aparılması, müvafiq rəylərin öyrənilərək icrasının təmin edilməsi; - Quraşdırılmış yol hərəkətinin təşkilinin texniki nizamlama vasitələrinin AYNA-nın Coğrafi İnformasiya Sisteminə (CİS/GIS) əlavə edilməsi və yenilənməsinə nəzarət olunması; - Fəaliyyət istiqaməti üzrə milli və beynəlxalq standartların, normativ hüquqi aktların hazırlanmasında iştirak edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi; - Vətəndaş və təşkilat müraciətlərinin, eləcə də sorğuların qanunvericiliyə (“Vətəndaşların müraciətləri haqqında” Qanun) uyğun olaraq vaxtında, dəqiq araşdırılması və cavablandırılması. Təhsil: Yol hərəkətinin təşkili, avtomobil yolları, sərnişin daşımaları, logistika və ya müvafiq nəqliyyat sahəsi üzrə ali təhsil; İş təcrübəsi: Müvafiq sahədə ən azı 5 il peşəkar iş təcrübəsi (layihələndirmə və rəy vermə təcrübəsi mütləqdir); Elmi/akademik fəaliyyət: Vakant vəzifənin fəaliyyət funksiyaları üzrə məqalələrin olması və konfranslarda iştirak (üstünlükdür); “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunlarının, yol nişanları və nişanlama xətlərinin, texniki nizamlama vasitələrinin quraşdırılması standartlarının mükəmməl biliyi; Dayanacaq məntəqələrinin standartlara və qanunvericilik aktlarına uyğun təşkil edilməsi qaydaları üzrə biliklər; “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu üzrə biliklər; Stresə davamlılıq, müraciətlərin operativ təhlili, kameral və ərazidə işləmək qabiliyyəti, vətəndaş və təşkilatlarla peşəkar danışıqlar aparmaq qabiliyyəti; Mexaniki transmissiyalı nəqliyyat vasitəsini idarəetmə vərdişləri (üstünlükdür). Proqram təminatı bilikləri: - AutoCAD — Mükəmməl; - ArcGIS / GIS — Yaxşı; - Google Earth Pro — Yaxşı; - MS Office (Excel, Word) — Yaxşı. Dil Bilikləri: - Azərbaycan dili — Sərbəst (rəsmi yazışma və kargüzarlıq səviyyəsində); - Xarici dil bilikləri (İngilis və ya Rus dili) (üstünlükdür).