Dizayn və yaradıcılıq · Glorri
Aparıcı UX/UI Dizayner
- Məşğulluq:
- Tam ştat
Elan tarixi: 28.10.2026 · Son tarix: 27.11.2026
Mənbədə son yoxlanış: 06.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Rəqəmsal hökumət (G2C/G2G/G2B) tələblərinə uyğun, istifadəçi interfeysi və təcrübəsini formalaşdıraraq, vizual və interaktiv dizaynla məhsulların yaradılması və inkişafı; - Maraqlı tərəflərin (Stakeholder) təkliflərini təhlil etmək, fərziyyələr formalaşdırmaq və yoxlamaq, hesabatları hazırlayıb komandaya təqdim etmək; - İstifadəçi fikirlərini müntəzəm şəkildə anket, müsahibə və fokus qrupları ilə toplayaraq, məhsulun inkişafını istiqamətləndirmək və yeni imkanları müəyyən etmək; - İstifadəçi axınlarını (User flow) formalaşdırmaq və test etmək, istifadəçi interfeysləri və prototiplərini tərtib etmək; - İnformasiya arxitekturalarını hazırlamaq; - İstifadəçi təcrübəsini daim analiz edib, onu yaxşılaşdırmaq üçün addımlar atmaq; - Dizayn həllərini müxtəlif istifadəçi qruplarında sınaqdan keçirmək (Usability Testing), nəticələri hesabat şəklində komandaya təqdim edib, geridönüşlərə əsasən həlləri təkmilləşdirmək; - Dizayn sistemi komponentlərindən istifadə, yeni komponentlərin yaradılmasında təkliflər vermək; - Məhsul inkişafında komanda üzvləri ilə əməkdaşlıq edərək, istifadəçiyə mükəmməl təcrübə təqdim etmək; - Komanda üzvləri ilə bilik və bacarıqları paylaşmaq, rəqəmsal dizayn həlləri yaratmaqda dəstək və təklif vermək. - Məhsul dizaynı, istifadəçi təcrübəsi (UX) və interfeysinin yaradılması (UI) sahəsində 3 illik təcrübə; - Dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə məhsulun hazırlanmasının bütün mərhələlərində, ilk addımdan istifadəyə verilməsinə qədər təcrübə; - Məhsul və funksionallıq göstəricilərinin (metrics) təyin edilməsi və bu göstəricilərin izlənməsi sahəsində təcrübə; - İstifadəçi testlərinin (Usability Testing) keçirilməsi və istifadəçi davranışlarını araşdırmaq sahəsində geniş biliklər; - Dizayn həllərini data əsaslı (Data-driven) qərar verərək hazırlamaq bacarığı; - Komandaya dizayn layihələrində dəstək olaraq, istifadəçi təcrübəsini artırmağa kömək etmək; - Dizayn sistemi üzrə nəzəri biliklərə sahib olmaq, komponentlərin istifadəsi və inkişafı istiqamətində təcrübə; - Agile metodologiyası ilə bağlı bilik və təcrübəyə malik olmaq. - Figma, Maze, Hotjar, Jira, Confluence kimi alətlərlə işləmək; - Mobil (iOS, Android) və Web platformalarda dizayn təcrübəsi; - Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq; - Front-end proqramlaşdırma biliklərinin olması üstünlükdür (HTML, CSS); - Minimal olaraq “Intermediate" səviyyəsində İngilis dili.