Bütün vakansiyalar

IT və texnologiya · Glorri

İnformasiya Təhlükəsizliyi Departamenti Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq şöbəsi – Mühəndis (L2)

ATB Bank85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 28.10.2026 · Son tarix: 27.11.2026

Mənbədə son yoxlanış: 06.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Daxil olan informasiya təhlükəsizliyi insidentlərinin araşdırılması, təhlili və müvafiq cavab tədbirlərinin həyata keçirilməsi; - SIEM platformasında yaranan təhlükəsizlik xəbərdarlıqlarının (alertlərin) təhlil edilməsi və potensial təhdidlərin müəyyənləşdirilməsi; - SOAR platformasında mövcud playbook-ların təkmilləşdirilməsi, redaktəsi və yeni avtomatlaşdırılmış playbook-ların hazırlanaraq tətbiq edilməsi. - L1 analitiklər tərəfindən eskalasiya edilən təhlükəsizlik hadisələrinin araşdırılması və zəruri cavab tədbirlərinin görülməsi; - Təhlükə indikatorlarının (IOC) təhlil edilməsi və potensial təhdidlərin yayılmasının qarşısının alınması; - EDR, Firewall, Proxy, IDS/IPS və digər təhlükəsizlik sistemlərindən əldə edilən məlumatların toplanması, təhlili və korrelyasiyasının aparılması; - İnformasiya təhlükəsizliyi insidentlərinə cavabvermə (Incident Response) prosedurlarına uyğun tədbirlərin həyata keçirilməsi və nəticələrin sənədləşdirilməsi; - Təhlükəsizlik insidentlərinin idarə olunması üzrə prosedurların, playbook və runbook-ların hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi; - Baş vermiş insidentlərin əsas səbəblərinin müəyyənləşdirilməsi (Root Cause Analysis) və təkrarlanma risklərinin azaldılması məqsədilə müvafiq hesabatların (Lessons Learned) hazırlanması. - Rəhbərlik tərəfindən vəzifə öhdəliklərindən irəli gələn müəyyən edilmiş tapşırıqların operativ və səmərəli şəkildə yerinə yetirilməsi. - Ali təhsil (informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə); - Kibertəhlükəsizlik sahəsində minimum 2–3 il iş təcrübəsi; - Şəbəkə texnologiyaları və protokolları üzrə güclü nəzəri və praktiki biliklər; - SIEM sistemləri, xüsusilə IBM QRadar platforması ilə praktiki iş təcrübəsi; - EDR/XDR təhlükəsizlik həlləri ilə işləmək bacarığı; - SOAR platforması ilə işləmək bacarığı; - Zərərli proqram təminatlarının (Malware) və şübhəli faylların statik və dinamik analizini aparmaq bacarığı; - MITRE ATT&CK Framework və Cyber Kill Chain metodologiyaları üzrə bilik və praktiki tətbiq bacarığı; - Təhlükəsizlik insidentlərinin araşdırılması, təhlili və nəticələrin sənədləşdirilməsi bacarığı; - Analitik düşünmə, araşdırma və problemlərin operativ həlli bacarıqları; - BTL2, OSCP, CEH, CRTO, CySA+, CCNA və digər müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.