Digər · Glorri
Kassa əməliyyatları üzrə mütəxəssis
- Məşğulluq:
- Tam ştat
Elan tarixi: 28.10.2026 · Son tarix: 27.11.2026
Mənbədə son yoxlanış: 04.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- ERP sistemi üzərindən kassa qalıqlarının gündəlik yoxlanılması və uçot məlumatlarının düzgünlüyünün təmin edilməsi; - Əməkdaşlardan daxil olan gündəlik sorğuların vaxtında və dəqiq icra olunması; - Hər iş gününün sonunda inkassasiya əməliyyatlarının yoxlanılması; - ƏDV sisteminin gündəlik monitorinqinin aparılması və məlumatların uyğunluğunun yoxlanılması; - Nağdsız qaytarmalara nəzarət edilməsi və müvafiq əməliyyatların icrası; - Aylıq bank çıxarışlarında əks olunan komissiyaların yoxlanılması və üzləşdirilməsi; - Aylıq ƏDV hesabatlarının hazırlanması və təqdim edilməsi; - Topdan satışlar üzrə ƏDV çeklərinin monitorinqinin aparılması; - Müştərilərdən daxil olan nağd ödənişlərin (borcların) qəbulu və uçotunun aparılması; - Sonradan daxil olan taksit müraciətlərinin araşdırılması və nəticələndirilməsi; - Banklardan POS terminalların və kassa tokenlərinin sifariş edilməsi, prosesə nəzarətin həyata keçirilməsi. - İş şəraiti: - İş qrafiki: I–V günlər 09:00–18:00; - İş yeri: Bakı şəhəri. - Ali təhsil; - Kassa əməliyyatları sahəsində ən azı 2 il iş təcrübəsi; - Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; - Problemlərin həlli və təşəbbüskarlıq bacarığı; - Yüksək məsuliyyətlilik və diqqətlilik; - Analitik düşünmə və məlumatlarla işləmə bacarığı; - Komandada işləmək bacarığı. Biz nə təklif edirik? * Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; * Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; * Müasir və rahat ofis şəraiti; * Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; * Yeni bilik və bacarıqların inkişaf etdirilməsi imkanı Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq