Bütün vakansiyalar

Digər · Glorri

VİP müştərilərlə iş şöbəsi

Atəşgah Sığorta ŞirkətiBakı, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 04.11.2026 · Son tarix: 19.11.2026

Mənbədə son yoxlanış: 05.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Əsas vəzifə öhdəlikləri - VIP müştərilərlə uzunmüddətli və etibarlı işgüzar münasibətlərin qurulması və qorunması - Müştərilərin müraciət və sorğularının operativ şəkildə cavablandırılması və həllinin təmin edilməsi - Sığorta müqavilələrinin rəsmiləşdirilməsi, yenilənməsi və müvafiq dəyişikliklərin həyata keçirilməsinin koordinasiyası; - Sığorta hadisələri zamanı müştərilərə lazımi dəstəyin göstərilməsi və prosesin aidiyyəti struktur bölmələrlə koordinasiyası; - VIP müştərilərin fərdi ehtiyaclarının müəyyən edilməsi və uyğun xidmət həllərinin təklif olunması; - Müştəri müraciətlərinin icra vəziyyətinin izlənilməsi və nəticələr barədə müştərilərin məlumatlandırılması; - Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi - Müştəri şikayət və təkliflərinin araşdırılması, həlli üçün müvafiq bölmələrlə əməkdaşlıq edilməsi - Müştəri məlumatlarının məxfiliyinin qorunması və daxili prosedurlara riayət olunması - Müştəri portfeli üzrə məlumatların yenilənməsi və müvafiq hesabatların hazırlanması - Müştərilərin ehtiyaclarına uyğun əlavə sığorta məhsulları və xidmətləri barədə məlumat verilməsi - Əmək müqaviləsi bağlanılır - İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir - İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 - Şirkət tərəfindən korporativ nömrə və telefon verilir - Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur - Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı - Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı - Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı - Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi - Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı