Maliyyə və mühasibat · Glorri
Mühasib
- Məşğulluq:
- Tam ştat
- Təcrübə:
- Başlanğıc (Junior)
Elan tarixi: 20.10.2026 · Son tarix: 19.11.2026
Mənbədə son yoxlanış: 04.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
1. Təchizatçılardan daxil olan elektron qaimələrin (e-qaimələrin) yoxlanılması və mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi; 2. E-qaimələr üzrə ilkin sənədlərin (təvil-təslim aktları, hesab-fakturalar və digər təsdiqedici sənədlər) yoxlanılması; 3. Təchizatçılarla üzləşmə aktlarının hazırlanması, qarşılıqlı hesablaşmaların yoxlanılması və fərqlərin araşdırılması; 4. Təchizatçılar üzrə kreditor borclarının izlənilməsi, qalıqların yoxlanılması və müvafiq hesabatların hazırlanması; 5. Daxil olan sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti şəxslərlə əlaqələndirmənin aparılması; 6. Mühasibat uçotu sisteminə (1C) məlumatların düzgün və vaxtında daxil edilməsi, sənədlərin elektron və fiziki arxivləşdirilməsinin təmin edilməsi; 7. Təchizatçılar üzrə kreditor borclarının yaşlandırma hesabatının (Accounts Payable Aging) hazırlanması, vaxtı keçmiş borcların müəyyən edilməsi və aidiyyəti şəxslərə məlumat verilməsi; 8. Təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və məlumatların hazırlanması, ödənişlərin təsdiq edilmiş müqavilə və sifariş şərtlərinə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi; 9. Kreditor borcları üzrə aylıq bağlanış prosesində iştirak edilməsi, hesab qalıqlarının yoxlanılması və maliyyə hesabatlarının hazırlanması üçün zəruri məlumatların təqdim edilməsi. • Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları) • Təcrübə: Müvafiq sahədə 1-3 il • Sertifikatlar: PMS, ACCA ( F3,F7) • İT üzrə biliklər: MS Office və 1C (və ya digər mühasibatlıq proqramları) Texniki Bacarıqlar • Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər • Mühasibat uçotu hesablar planı • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini • Müvafiq ERP proqramları, BTP və Elektron Hökümət Portalı üzrə işləmək bacarığı • Uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi qaydaları Səriştəlik • Təşəbbüskarlıq və məsuliyyətlilik • İntizamlılıq və nəticəyə köklənmə • Açıq fikirli və problemi həll etmə bacarığı • Analitik düşünmə qabiliyyəti • Düzgünlük və dəqiqlik • Yüksək təqdimat bacarığı