Satış və marketinq · Glorri
Media Marketinqi üzrə Mütəxəssis
- Məşğulluq:
- Tam ştat
Elan tarixi: 20.10.2026 · Son tarix: 19.11.2026
Mənbədə son yoxlanış: 04.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Kampaniyaların POS material bölgüsü barədə brifin hazırlanması və icrasına nəzarət (Bayraqlar, Stendlər Security gate, Kassa üstü A3, Fasad, Gondola headlər, Palet və rəflərdə reklamların sayları və bölgüsü); - Mağazalar üzrə reklam bölgüsünün və post marketinq planının hazırlanması və icrasının koordinasiyası; - Mağazadaxili, mağazadankənar və şəhər ərazisində effektiv reklam məkanlarının və reklam qurğularının müəyyən edilməsi; - Mövcud reklam sahələrinin səmərəli istifadəsi üçün müvafiq müraciətlərin hazırlanması və razılaşdırma prosesinin aparılması; - Mağaza ərazisinin xüsusiyyətlərinə uyğun marketinq kommunikasiyalarının planlaşdırılması və tətbiqinin təmin edilməsi; - Reklam daşıyıcılarının, vizual materialların və digər reklam məhsullarının hazırlanması, yenilənməsi və bərpası üçün sifarişlərin verilməsi; - Reklam məhsullarının quraşdırılması, yenilənməsi və bərpası prosesinə, eləcə də işlərin vaxtında və keyfiyyətli icrasına nəzarət edilməsi; - Reklam işlərinin icrası zamanı mağazalar, satınalma, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi; - Mağazalara mütəmadi ərazi baxışlarının keçirilməsi, reklam materiallarının mövcud vəziyyətinin və marketinq kommunikasiyalarının düzgün yerləşdirilməsinin yoxlanılması; - Müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi və icranın izlənilməsi; - Yeni açılacaq və yenilənəcək mağazalar üçün reklam yerlərinin müəyyən edilməsi, reklam yerləşdirmə planlarının hazırlanması və tətbiqinin koordinasiyası; - Mağazalarda keçirilən marketinq tədbirlərinin təşkilinə və icrasına dəstək göstərilməsi; - Mağazalarda keçirilən layihələrin və tədbirlərin mağazalar ilə kommunikasiyası və təşkilati dəstək; - Yeni reklam qurğusu barədə satınalmaya müraciətin edilməsi; - ID kartların dizaynı və Kommersiyaya göndərilməsi; - Ehtiyac olduqda mağazadaxili kommunikasiyaların hazırlanmasında dizayn dəstəyi göstərmək (ölçüyə salmaq, master faylları çap şirkətinə təqdim etmək və s.); - Mağazadaxili monitorların və mağazadaxili radiolara nəzarət; - Reklam sahələrinin, reklam məhsullarının və görülmüş işlərin uçotunun aparılması, hesabatların hazırlanması; - Post marketinq fəaliyyətlərinin müəyyən edilmiş brend standartlarına və vizual tələblərə uyğunluğunun təmin edilməsi. - Ali təhsil; - Azərbaycan dili səlis, Rus və ya İngilis dili arzu olunandır; - Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi; - MS Office proqramları üzrə biliklər (xüsusilə Excel, Word və PowerPoint); - Excel-də məlumatların sistemləşdirilməsi, reklam planlarının və hesabatların hazırlanması bacarığı; - PowerPoint vasitəsilə təqdimatların hazırlanması; - Elektron poçt və işgüzar yazışma platformalarından istifadə bacarığı; - Reklam yerləşdirmə planları və vizual materiallarla işləmək bacarığı; - AutoCAD, Adobe Illustrator və ya digər qrafik proqramlar üzrə biliklər üstünlük hesab olunur.