Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Mühasibatlıq və Vergi üzrə Mütəxəssis

PASHA BankBakı, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 20.10.2026 · Son tarix: 19.11.2026

Mənbədə son yoxlanış: 04.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

İşiniz nədən ibarətdir?  - Bank üzrə vergi növlərinin (mənfəət vergisi, ƏDV, ÖMV, torpaq, əmlak, muzdlu işlə əlaqədar vergilər və s.) hesablanması üçün məlumatları toplamaq, hesablamaları hazırlamaq və yoxlanılması üçün təqdim etmək - Vergi ödənişləri üzrə məlumatları hazırlamaq və ödənişlərin müəyyən edilmiş müddətlərdə icrasını izləmək - Vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak etmək - Vergi uçotu üzrə məlumatları və təsdiqedici sənədləri yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar barədə baş mütəxəssisə və ya birbaşa rəhbərə məlumat vermək - Mühasibat uçotu ilə vergi uçotu üzrə məlumatların uzlaşdırılmasını aparmaq və yaranmış fərqlərin araşdırılmasında iştirak etmək - Bankın struktur bölmələrindən daxil ol vergi sorğuları üzrə məlumat toplamaq və cavab layihələri hazırlamaq - Müqavilələrin, yeni məhsulların və layihələrin vergi baxımından təhlili üçün ilkin məlumatları hazırlamaq və təhlildə iştirak etmək - Vergi orqanları ilə yazışmaların və sorğulara cavabların hazırlanmasında iştirak etmək - Vergi yoxlamaları, daxili və xarici audit zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq - Vergi güzəştlərinin və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi üçün tələb olunan sənədlərin toplanmasında və hazırlanmasında iştirak etmək - Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək və fəaliyyətinə aid dəyişikliklər barədə qısa məlumat hazırlamaq - Vergi proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması işlərində, informasiya sistemlərində vergi hesablamalarının yoxlanılmasında iştirak etmək - Vergi hesablamaları üzrə dövri hesabatları hazırlamaq, ay sonu və il sonu bağlanışlarında ona həvalə edilmiş işləri yerinə yetirmək - Vergi sənədlərinin və yazışmalarının sistemli saxlanılmasını təmin etmək Sizdən nə tələb olunur? Təhsil: Maliyyə, Mühasibatlıq, Vergi və ya İqtisadiyyat üzrə ali təhsil. · İş təcrübəsi: Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il , bank sektorunda təcrübəyə üstünlük verilir. · Sertifikatlar: Vergi və mühasibat uçotu üzrə təlimlərdə iştirak və ya ACCA TX (F6) imtahanını keçmək üstünlük hesab edilir. · Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, əsas vergi növlərinin hesablanması və bəyannamələrin hazırlanması qaydaları üzrə biliklər; mühasibat uçotunun əsas prinsipləri barədə anlayış. Bank əməliyyatlarının vergiyə cəlb edilməsi üzrə biliklər üstünlük hesab edilir. · Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili — orta səviyyədə, Rus dili (üstünlükdür). · Kompüter bilikləri: : MS Excel və digər MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı. Elektron vergi sistemləri ilə iş təcrübəsi arzuolunandır. · Digər bacarıqlar: Analitik düşüncə, detallara diqqət, məsuliyyətlilik, vaxtın düzgün idarə edilməsi, yazılı ünsiyyət və komanda ilə işləmək bacarığı.