Maliyyə və mühasibat · Glorri
Maliyyə direktoru
- Məşğulluq:
- Tam ştat
Elan tarixi: 03.11.2026 · Son tarix: 03.12.2026
Mənbədə son yoxlanış: 05.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Maliyyə departamentinə rəhbərlik: idarəetmə və mühasibat uçotu, xəzinədarlıq, vergi uçotu, maliyyə hesabatlılığı; - Qrup və onun şirkətləri səviyyəsində büdcələşdirmə, maliyyə planlaşdırması və proqnozlaşdırma; - Mənfəətliliyin idarə edilməsi: marjinallıq təhlili, əməliyyat xərclərinə nəzarət, qeyri-səmərəli xərclərin müəyyən edilməsi və azaldılması; - Pul vəsaitlərinin hərəkətinin, dövriyyə kapitalının və banklarla münasibətlərin idarə edilməsi; - ERP sisteminin maliyyə modulunun tətbiqinə və inkişafına rəhbərlik, hesabatlılığın avtomatlaşdırılması, aylıq bağlanış müddətinin qısaldılması; - Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğun təmin edilməsi; - Yüksək rəhbərlik üçün maliyyə təhlillərinin və tövsiyələrin hazırlanması; - Maliyyə departamentinin komandasının idarə edilməsi və inkişafı. İş şəraiti: - İş günləri: I-V günlər; - İş saatı: 09:00-18:00. - Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil; - Maliyyə sahəsində ən azı 8 il təcrübə, onlardan ən azı 5 il rəhbər vəzifədə (maliyyə direktoru və ya müavini); - BMHS və Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin bilik; - Maliyyə funksiyasında ERP sistemləri ilə praktiki iş təcrübəsi; - Komanda idarəetməsi təcrübəsi; - Beynəlxalq peşəkar sertifikatlardan birinin olması (ACCA, CIMA, CFA və ya CPA) üstünlük hesab olunur; - Pərakəndə satış, distribusiya və bank sahəsində təcrübə; - Bir neçə hüquqi şəxsdən ibarət holdinq strukturunda iş təcrübəsi; - ERP tətbiqi layihələrində iştirak təcrübəsi.