Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Hesabatlıq şöbəsinin rəhbəri

Mars Overseas Baku LTD MMC189 Huseyn Javid Ave, Baku 1141, Azərbaycan
Məşğulluq:
Tam ştat
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 02.11.2026 · Son tarix: 02.12.2026

Mənbədə son yoxlanış: 06.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Aylıq, rüblük və illik maliyyə, büdcə və idarəetmə hesabatlarının şirkətin daxili prosedurlarına uyğun olaraq vaxtında hazırlanmasını, təsdiq üçün rəhbərliyə təqdim edilməsini təmin etmək - Gəlir və xərc proqnozlarının hazırlanmasını həyata keçirmək, maliyyə planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində təkliflər vermək - Maliyyə nəticələrini təhlil etmək, analitik hesabatlar hazırlamaq və rəhbərliyin qərarvermə prosesini dəstəkləyən maliyyə məlumatlarını təqdim etmək; - Şirkətin illik büdcəsinin daxili prosedurlara uyğun şəkildə hazırlanması və icrası prosesinə rəhbərlik etmək; - Daxili və xarici audit prosesləri çərçivəsində tələb olunan maliyyə məlumatlarının vaxtında təqdim edilməsini təmin etmək, audit nəticələri üzrə müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesinə nəzarət etmək; - Komandanın fəaliyyətini effektiv şəkildə idarə etmək, əməkdaşların peşəkar inkişafını dəstəkləmək və yüksək performanslı iş mühitinin formalaşdırılmasını təmin etmək - Rəhbərlik tərəfindən verilən digər tapşırıq və sorğuların vaxtında və keyfiyyətli icrasını təmin etmək. - Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə magistr təhsilinə malik olmaq; - ACCA, CPA, CIMA və ya digər beynəlxalq peşəkar maliyyə və mühasibatlıq sertifikatlarına malik olmaq üstünlük hesab edilir; - Maliyyə, hesabatlılıq və büdcə analizi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə fəaliyyət göstərmiş olmaq; - Beynəlxalq audit xidmətləri göstərən aparıcı şirkətlərdə (Big4) iş təcrübəsinə malik namizədlərə üstünlük verilir - Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığına, eləcə də mühasibat proqramları ilə iş təcrübəsinə malik olmaq; - Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığına malik olmaq (rus dili biliyi üstünlükdür). Xüsusi tələblər: - Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə dərin nəzəri və praktik biliklərə malik olmaq; - Microsoft Excel proqramında qabaqcıl səviyyədə bilik və analitik işləmə bacarığına malik olmaq; - Yüksək stress şəraitində səmərəli fəaliyyət göstərmək və komandada effektiv əməkdaşlıq etmək bacarığına malik olmaq